Onlayn ictimai-siyasi qəzet
Kolumbiya Prezidenti Qustavo Petro Donald Trampın Venesuelaya qarşı kəskin addımlarının səbəblərini açıqlayıb.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, baş verənlərin kökündə nə demokratiya, nə də narkotrafik məsələsi dayanır — əsas motiv neftdir.
Petro bəyan edib ki, Tramp administrasiyasının Venesuela siyasəti Ukrayna münaqişəsinin təməl səbəbləri ilə eyni məntiqə dayanır:
“Eyni qüvvə Ukrayna müharibəsinin arxasında dayanır. Neft! Venesuelanın bu gün dünyadakı ən böyük — ya da ən böyük ehtimala sahib — ağır neft yataqları var. Bu, təsadüfi detal deyil".
Kolumbiya lideri bildirib ki, XXI əsrdə baş verən bütün müharibələr bir şəkildə enerji resurslarının, xüsusən də neftin yenidən bölüşdürülməsi ilə əlaqəlidir.
O əlavə edib:
“Tramp Maduro ilə narkotrafik barədə danışıqlar aparmır, çünki o, axmaq deyil. Onun məqsədi nə Venesuelanın demokratikləşməsi, nə də narkotrafiklə mübarizədir".
Petronun fikrincə, ABŞ-ın Venesuelaya təzyiqinin əsas səbəbi ölkənin nəhəng enerji potensialına nəzarət etməkdir.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ