Onlayn ictimai-siyasi qəzet
“Kinematoqrafçılar İttifaqının fəaliyyətində müsbət rolu olmuş bir adam kimi tezliklə konfransın və seçkinin keçirilməsində maraqlıyam. Bütün addımlarım sədr seçkisinin tezləşdirilməsi və İttifaqın fəaliyyətinin uğurla davam etdirilməsi üçündür”.
Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) icraçı katibi, kinorejissor Əli İsa Cabbarov deyib.
O bildirib ki, AKİ sədrliyinə namizədliyinin geri götürülməsi ilə bağlı ərizə təqdim edib.
Əli İsa Cabbarov İttifaqla bundan sonra hansısa formada əməkdaşlığının davam edib-etməyəcəyinin isə yeni sədrin mövqeyindən asılı olacağını deyib:
“Bu, yeni sədrin kim seçilməsindən asılıdır. Sentyabrın 11-14-də yeni sədr seçiləcək. Onun mənimlə işləmək, hansısa layihələrdə əməkdaşlıq etmək istəyib-istəməməsindən asılı olacaq. Mən müstəqil kinematoqrafçı kimi fəaliyyətimi davam etdirəcəyəm. Yəni bu, yeni sədrin və katibliyin istəyindən asılı olacaq. Rejissorluq və prodüserlik fəaliyyətimə qayıdacağam, artıq yaradıcılıqla məşğul olacağam”.
Kinorejissor hazırda AKİ-nin icraçı katibi vəzifəsini icra etdiyini də bildirib.
“Çünki müqaviləni yalnız seçilmiş və Təftiş Komissiyası tərəfindən təsdiqlənmiş sədr poza və ya uzada bilər. Ona görə də yeni sədr seçilənə qədər icraçı katib vəzifəsini icra edirəm. Ərizəmin qəbul edilib-edilməməsi isə yeni sədrin səlahiyyətində olacaq”, - deyə Əli İsa Cabbarov əlavə edib.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) mayın 26-da keçirilən qurultayında rejissor Əli İsa Cabbarovun AKİ-nin yeni sədri seçildiyi elan olunsa da, bir sıra kino və incəsənət xadimləri səsvermənin legitimliyini şübhə altına alıblar.
Şahanə Rəhimli
Musavat.com
30 Avqust 2026
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ