İnsanlara hürriyət, millətlərə istiqlal!

Krasnodar yanır... Putin Zelenskini Moskvaya ÇAĞIRDI

“Fikrimcə, Putin Trampa deyib ki, ərazimizə ehtiyacı var və biz oranı tərk etməliyik. Və bu bizim üçün problemdir”.

Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Biz bunu müharibənin elə ilk günündə etmədik. Biz güclü idik — xalqımız, uşaqlarımız. Və düşünürəm ki, onlar hələ də güclüdürlər. Uzun sürən müharibədən yorğun düşsələr də, yenə də güclüdürlər. Bütün bu müddət ərzində sağ qaldıqdan sonra müstəqilliyimizdən və azadlığımızdan imtina etmək? Düşünmürəm ki, bu, bizlik deyil”, - Zelenski bildirib.

Rusiyanın Krasnodar diyarının Ust-Labinsk şəhərindəki neft anbarında yanğın baş verib. ASTRA Teleqram kanalı məlumat yayıb. İlkin məlumata görə, yanğın konstruksiyanın sökülməsi zamanı baş verib. Qeyd edək ki, bu ilin iyun ayında Ust-Labinskdəki neft bazasına PUA hücumu edilmişdi.

“Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş Moskvada keçirilə bilər və Ukrayna liderinə təhlükəsizlik zəmanəti veriləcək”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, əks halda iki ölkə liderinin görüşü vaxt itkisinə çevrilə bilər. Peskov bildirib ki, Moskva Zelenskinin Rusiya paytaxtına gəlməsi halında onun təhlükəsizliyinə zəmanət verməyə hazırdır. Rusiya rəsmisi daha əvvəl də Zelenskinin Putinlə görüşmək istəyəcəyi təqdirdə, Moskvaya gələ biləcəyini və bununla bağlı dəvətin qüvvədə qaldığını bildirib.

TV Musavat-ın saat 16:00-da “Həftə içi” verilişində siyasi ekspert Heydər Oğuzla gündəmi müzakirə edirik.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR