İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml yeni mərhələdə: Moskva “şeytana qarşı savaş” elan etdi

Rusiyanın Yaxın xariclə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qalmaqallı açıqlama ilə çıxış edib.

Musavat.com xəbər verir ki, o, sosial şəbəkə hesabında Britaniya kral ailəsinin üzvü Prince Andrew, Duke of York və Qərb liberal dairələrini sərt ifadələrlə ittiham edib.

Dmitriyev paylaşımında iddia edib ki, “şeytani liberal Qərb dostları” ilə birlikdə şahzadə Endryu azyaşlı uşağa işgəncə verilməsi ilə bağlı qalmaqalda yer alır. O, Rusiyanın mübarizəsini dini-ideoloji çərçivədə təqdim edərək belə yazıb: “Rusiya şeytana qarşı savaşır”.

Müşahidəçilər hesab edir ki, bu tip bəyanatlar Moskvanın son illər formalaşdırdığı yeni siyasi ritorikanın tərkib hissəsidir. Kreml Qərblə qarşıdurmanı yalnız geosiyasi münaqişə kimi deyil, eyni zamanda “dəyərlər savaşı” kimi təqdim etməyə çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR