İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürd separatçıları atəşkəsin ilk günündə Suriya ordusunun 11 əsgərini öldürüb

Separatçı kürdlərin Suriya Demokratik Qüvvələri (SDF) koalisiyası Dəməşqlə əldə olunan və 20 yanvar axşamı qüvvəyə minən atəşkəs dövründə ölkənin şimal-şərqində Suriya hökumətinin ən azı 11 əsgərini öldürüb.

Musavat.com xəbər verir ki, məlumatı Suriya Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata görə, "atəşkəsin ilk günündə kürdlər ordu mövqelərinə 35 dəfədən çox atəş açıblar":  "Hücumlar nəticəsində on bir nəfər həlak olub, 35-dən çox insan yaralanıb".

Xatırladaq ki, yanvarın 20-də Suriya Müdafiə Nazirliyi SDF ilə yeni müqavilə ilə əlaqədar ölkənin şimal-şərqində dörd günlük atəşkəs elan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR