Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın əksər bölgələrində yağıntılı hava şəraiti hökm sürür. Xüsusilə dağlıq və dağətəyi rayonlarda yağan qar qışı bütün gözəlliyi ilə geri qaytarıb. Ağ örpəyə bürünən kənd və şəhərlər həm təbiətin sərtliyini, həm də qışın romantikasını nümayiş etdirir.
Musavat.com xəbər verir ki, qarlı hava təkcə yolları və damları deyil, insanların əhvalını da ağ rəngə boyayıb. Xüsusilə uşaqlar üçün qar sevinc mənbəyinə çevrilib. Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə bu sevinc daha aydın hiss olunur.
Tənəffüs zəngi çalan kimi məktəbin həyəti sanki bayram yerinə dönür. Şagirdlər soyuğa məhəl qoymadan qartopu oynayır, qışın verdiyi bu qısa fasilədən doyunca zövq alırlar. Onlar üçün qar sadəcə hava hadisəsi deyil, uşaqlığın saf sevincidir.
Bununla bağlı görüntüləri təqdim edirik:
Şahanə Rəhimli
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ