İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov Yeltsinin planını açdı – Rusiyanı xilas edən qərarın sirri

Rusiyanın xarici işlər naziri Sergey Lavrov SSRİ-nin dağılması dövrünü xatırladaraq, həmin vaxt qəbul edilən qərarın ölkənin taleyində həlledici rol oynadığını bildirib.

Musavat.com xəbər verir ki, Lavrovun sözlərinə görə, son dövrlərdə Rusiyanın dekolonizasiyası şüarı ortaya çıxıb və bunun arxasında Rusiyanın növbəti dəfə parçalanması planı dayanır.

Nazir bildirib ki, onun fikrincə, belə bir proses sonuncu dəfə SSRİ dağılanda yaşanıb. Lavrov iddia edib ki, həmin vaxt vəziyyət son dərəcə kritik olsa da, Boris Yeltsin hakimiyyəti vaxtından əvvəl Rusiyanı qorumağa qadir olan yeganə şəxsə təhvil verəcək qədər cəsarət göstərib.

Lavrov əlavə edib ki, bu, Rusiyanın Allah tərəfindən qorunduğunu göstərir və ölkə çətin vəziyyətə düşəndə ona yuxarıdan yardım gəldiyini deyib.

Nazir çıxışında Rusiyanı tərk edən bəzi vətəndaşları da sərt tənqid edərək, onları Qərbin Rusiyaya qarşı istifadə etdiyi qüvvələr adlandırıb.

Lavrovun sözlərinə görə, bütün bunlar Rusiyanın mərkəzi televiziya kanallarında nümayiş etdirilir və insanların baş verənləri düzgün başa düşməsi üçün bunları görməsi vacibdir.

O, həmçinin bildirib ki, vəziyyət kifayət qədər ciddidir və prezident bunu gizlətmir:

“Bizə qarşı özünü sivil dünya adlandıran bütün dünya birləşib.”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR