İnsanlara hürriyət, millətlərə istiqlal!

Leninqrada AĞIR zərbə, Kiyevdən ŞOK hücum ANONSU – TV Musavat

“Wildberries” şirkətinin Leninqrad vilayətinin Krasnıy Bor şəhərindəki logistika müəssisəsində Ukraynanın PUA hücumu nəticəsində yanğın baş verib.

TASS məlumat yayıb.

“Yanğınsöndürmə briqadaları hadisə yerindədir. Ərazidə əvvəlcədən təxliyə aparılıb. Xəsarət alanlar barədə ilkin məlumat yoxdur”, - məlumatda deyilib.

Qeyd olunub ki, cari çatdırılmaların qəbulu müvəqqəti olaraq məhdudlaşdırılıb və onlar digər müəssisələrə yönləndirilib.

Rusiyanı sülhə məcbur etmək məqsədilə xüsusi tədbirlər davam edir.

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov deyib.

"Rusiya Federasiyasını sülhə məcbur etmək üçün xüsusi tədbirlər davam edir. Müharibə mahiyyət etibarilə onlar üçün dalana dirənib. Döyüş əməliyyatları davam edir: gah irəliləyiş olur, gah olmur, bəzən biz irəliləyirik, bəzən onlar... Strateji baxımdan isə müharibə artıq çoxdan dalana dirənib", – deyə Budanov bildirib.

Onun sözlərinə görə, Rusiyanı sülhə məcbur etmək məqsədilə həyata keçirilən xüsusi tədbirlər müəyyən vaxt məhdudiyyəti olmadan davam edəcək:

"Biz bunu davam etdirəcəyik. 40 gün, 100 gün, 15 gün kimi rəqəmlərə ilişib qalmayın. Əsas olan nəticədir. Bu prosesə necə daxil olmağımızdan daha vacibi, ondan hansı nəticə ilə çıxmağımızdır".

TVMusavat-ın bu gün saat 11:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Əli Mustafa ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR