İnsanlara hürriyət, millətlərə istiqlal!

London geri ADDIM ATIR: Rusiya ilə hərbi əlaqələr bərpa olunur

Böyük Britaniya Rusiya ilə yüksək səviyyəli hərbi əlaqələri bərpa etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.

Nəşr yazır ki, britaniyalı hərbçilər dialoqun olmaması səbəbindən “təsadüfi eskalasiya” riskindən ciddi narahatdırlar.

Məlumata görə, danışıqları bərpa etmək üçün əsas səbəb son aylar baş verən bir neçə insident olub.

Onlardan biri iyun ayında Rusiyanın "Admiral Qriqoroviç" freqatının La-Manşda Britaniya yaxtasının istiqamətinə xəbərdarlıq atəşi açmasıdır.

Qeyd olunur ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimovla Britaniya Silahlı Qüvvələrinin müdafiə qərargahı rəisi sonuncu dəfə 2022-ci ilin sentyabrında danışıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR