İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukoyl-un nəhəng yanacaq bazası vuruldu; Regionda fövqəladə vəziyyət elan olundu

Ukrayna Rusiya ərazisinə dron hücumlarını davam etdirir.

Musavat.com xəbər verir ki, ötən gecə hədəflər arasında Stavropol diyarınıdakı neft bazası da olub.

Vilayət qubernatoru Vladimir Vladimirov dron hücumundan sonra Vyazniki kəndinin sənaye zonasında iki yanğın baş verdiyini qeyd edib "Stavropol yaxınlığında düşmən dronlarının hücumu dəf edilir. Şpakovski rayonunun Vyazniki kəndinin sənaye zonasında iki yanğın baş verib. Əməliyyat məlumatlarına görə, ölən və ya yaralanan yoxdur".

Vladimirov əlavə edib ki, hadisə ilə əlaqədar yerli səviyyədə fövqəladə vəziyyət elan edilib.
Bu, Stavropol diyarının Mixaylovsk şəhərindəki neft anbarına iki həftə ərzində üçüncü hücumdur. Hücum hədəfi olan LUKOIL-Yugnefteprodukt neft anbarı Rusiyanın cənubundakı ən böyük yanacaq müəssisələrindən biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR