İnsanlara hürriyət, millətlərə istiqlal!

Macar Zelenskiyə müraciət etdi – “Drujba”-“Drujba”…

Macarıstanda parlament seçkilərində qalib gələn “Tisa” partiyasının lideri Peter Macar Ukrayna prezidenti Volodimir Zelenskiyə “Drujba” boru kəməri vasitəsilə Macarıstana neft tədarükünü bərpa etməyə çağırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir k, P.Macar Zelenskinin yanaşmasını bəyənmədiyini bildirib.

Zelenskinin yanaşmasında “Drujba” boru kəməri vasitəsilə tədarükün yalnız Macarıstanın Avropa İttifaqının (Aİ) Kiyevə 90 milyard avro kredit verməsinə etirazlarını qaldırdıqdan sonra bərpa olunacağı bildirilirdi.

“Tisa” partiyasının lideri Ukrayna liderinə Macarıstana və bütün Aİ ölkələrinə qarşı "şantajla məşğul olmamağı" məsləhət görüb.

"Əgər “Drujba” kəməri neftin daşınması üçün uyğundursa, xahiş edirəm, vəd edildiyi kimi, onu açın. Biz ruslardan onu təchiz etmələrini xahiş edirik, çünki bu şərtlərin hər biri olmadan heç nə baş verməyəcək", - deyə o, yekunlaşdırıb.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orbanın istefaya gedən hökuməti bu həftənin əvvəlində Ukrayna üçün 90 milyard avroluq Aİ kreditinin qarşısını almağa hazır olduğunu bildirmişdi. Orban həmçinin qeyd edirdi ki, Budapeşt Kiyevdən “Drujba” kəməri vasitəsilə Rusiya neftinin tədarükünün 20 apreldə bərpa oluna biləcəyi barədə məlumat alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR