İnsanlara hürriyət, millətlərə istiqlal!

Madam Ksyuşanı Fransadan niyə qovurlar? – Makron 9 il öncə…

Fransa hökuməti keçmiş “RT France” media qurumunun baş redaktoru Kseniya Fyodorovanı ölkədən deportasiya etmək qərarına gəlib.

Musavat.com xəbər verir ki, bu barədə "Libération" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Paris polis prefekturası Fyodorovanın vəkilinə Daxili İşlər Nazirliyi tərəfindən imzalanmış deportasiya əmrini təqdim edib.

Sənəddə Fyodorovanın hərəkətlərinin Fransa dövlətinin fundamental maraqlarına zərər verdiyi və onun ölkədə olmasının ictimai asayişə "son dərəcə ciddi və təcili təhdid" təşkil etdiyi bildirilir.

Qərarda həmçinin Kseniya Fyodorovanın Rusiya hökuməti tərəfindən Fransada ictimai asayişi pozmağa yönəlmiş dezinformasiya kampaniyalarında iştirak etdiyi qeyd olunur.

“RT France” öz fəaliyyətini Avropa İtitfaqı sanksiyalar tətbiq etdikdən sonra, 2023-cü ilin yanvar ayında dayandırıb. Kanal bağlandıqdan sonra belə, Fyodorova Fransada qalıb və fransız dilində xatirələr kitabı nəşr edib.

2026-cı ilin may ayında onun Fransanın sağçı mühafizəkar media holdinqində işləməyə keçdiyi məlum olub. Fyodorova beynəlxalq məsələlər üzrə şərhçi kimi çıxış edib və “CNews” televiziya kanalında, “Europe 1” radiostansiyasında çalışıb, “Le Journal du Dimanche” qəzetində həftəlik köşə yazısı yazıb. Bu media qurumları fransız milyarderi və media maqnatı Vinsent Bolloreyə məxsusdur.

“Le Monde” qəzeti əvvəllər Fyodorovanı Bollorenin tərəfdarı kimi təsvir etmişdi. Onun xatirələri də Bolloreyə məxsus “Fayard” tərəfindən dərc olunmuşdu.

AFP-nin məlumatına görə, Fyodorovanın işəgötürənləri onun deportasiya qərarını ifadə azadlığına "çox ciddi hücum" kimi xarakterizə ediblər.

Fransa prezidenti Emmanuel Makron hələ 2017-ci ildə Kseniya Fyodorovanı "təbliğatçı və Kremlin təsir aləti" adlandırıb. Bu ilin iyun ayında yeni mediada işi ilə bağlı suala cavab olaraq Fransa prezidenti bu məsələ ilə bağlı mövqeyinin dəyişmədiyini təkrarlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR