Onlayn ictimai-siyasi qəzet
Sabirabad rayonunda baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb.
Hadisə bu gün səhər saatlarında rayonun Qəfərli kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində 1988-ci il təvəllüdlü Fərzəliyev Yusif Rasim oğlu, onun həyat yoldaşı 1999-cu il təvəllüdlü Fərzəliyeva Mahirə Mahir qızı və övladları, 2019-cu il təvəllüdlü F.M müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır./report
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ