Onlayn ictimai-siyasi qəzet
Meksika narkokartelləri Ukraynada döyüş təcrübəsi qazanmış şəxsləri işə götürür və öz nümayəndələrini pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi bacarıqlarına yiyələnmək üçün Ukrayna cəbhəsinə göndərir.
Musavat.com xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat dərc edib.
Qəzetin yazdığına görə, söhbət ilk növbədə Kolumbiya vətəndaşlarından gedir.
Kartellər Ukraynadan qayıdan mütəxəssislərə Meksikada dron operatorlarını öyrətmək üçün böyük məbləğdə vəsait təklif edirlər. Bununla yanaşı, cinayətkar qruplaşmalarla əlaqəli bəzi şəxslər birillik müqavilələrlə birbaşa cəbhə bölgəsinə yollanırlar.
ABŞ Dövlət Departamenti döyüş təcrübəsinin cinayətkar qruplaşmalara ötürülməsi riskini neytrallaşdırmaq məqsədilə Kiyevlə müvafiq önləyici tədbirləri müzakirə etdiyini bildirib.
Ukrayna Müdafiə Nazirliyindən isə məsələyə münasibət bildirilərək problemin məhdud xarakter daşıdığı vurğulanıb.
Qeyd olunub ki, ölkəyə gələn xaricilər ciddi yoxlamadan keçirlər və cinayətkar niyyətlərlə cəbhəyə üz tutanların sayı kifayət qədər azdır.
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ