Onlayn ictimai-siyasi qəzet
Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "jurnalist" kimi bəzi qurumların adı ilə mükafat verən Fəqani Hüseynov həbs olunub.
Musavat.com Teleqraf-a istinadən xəbər verir ki, rayon məhkəməsinin qərarı ilə adıçəkilən şəxs barədə 10 sutka həbs qərarı verilib.
Məlumat üçün bildirək ki, bir müddət öncə sosial şəbəkələrdə Fəqani Hüseynov adlı şəxs "Azərbaycan Respublikasının Milli Məclisinin informasiya portalının direktoru Fəridə xanımın", həmçinin ölkə Prezidentinin adından Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "fəxri diplom" təqdim edib. Təqdimetmə ilə bağlı görüntülər sosial şəbəkələrdə rezonans doğurub.
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ