Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp İrana qarşı davam edən hərbi əməliyyatların (Epic Fury) müddəti ilə bağlı əvvəlki proqnozlarını dəyişib.
Musavat.com xəbər verir ki, jurnalistlərin "Əməliyyatın maksimum 6 həftə çəkəcəyini hələ də gözləyirsinizmi?" sualına Tramp qətiyyətlə "Nə qədər vaxt lazımdırsa, o qədər..." cavabını verib.
Ağ Ev rəhbəri əməliyyatın ilkin olaraq 4-5 həftə çəkəcəyini düşündüklərini, lakin ABŞ-ın bu müddətdən daha çox döyüşmək iqtidarında olduğunu bildirib. "Mən darıxan adam deyiləm. Bəziləri deyir ki, guya mən tez bitirmək istəyirəm, sonra darıxacam. Xeyr, bütün hədəflərimizə nail olana qədər davam edəcəyik," – deyə Tramp əlavə edib.
Prezidentin əsas məqsədləri arasında İranın raket potensialını məhv etmək, donanmasını sıradan çıxarmaq və nüvə silahı əldə etməsinin qarşısını birdəfəlik almaq dayanır. Pentaqon rəsmiləri bu prosesin "çətin və qanlı bir iş" olacağını, hərbi hədəflərə çatmaq üçün konkret vaxt qoymağın düzgün olmadığını bildirirlər.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ