İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərakeş kralı Trampın təklifini qəbul etdi

Mərakeş Kralı VI Məhəmməd ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə formalaşdırılmaqda olan Qəzza üzrə Sülh Şurasında iştirak edəcək.

Musavat.com xəbər verir ki, məlumat Krallığın Xarici İşlər Nazirliyinin xüsusi açıqlamasında yer alıb: "Əlahəzrətləri ABŞ Prezidenti Donald Trampdan Sülh Şurasına təsisçi üzv kimi qoşulmaq üçün dəvət alıb və bu dəvəti məmnuniyyətlə qəbul edib".

Nazirlik həmçinin bu kontekstdə "Mərakeş Krallığının Sülh Şurasının təsis nizamnaməsini təsdiqlədiyini" açıqlayıb.

Kral VI Məhəmməd İslam Əməkdaşlıq Təşkilatının Qüds Komitəsinin sədridir . Bildirilir ki, onun əsas fəaliyyəti şəhərin mənəvi və sivilizasiya əhəmiyyətini, eləcə də tolerantlıq və sülh dəyərlərinin qorunması və yayılması mərkəzi kimi rolunu qorumaqdan ibarətdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR