Onlayn ictimai-siyasi qəzet
Afrika qitəsinin şimalındakı kiçik İspaniya anklavı Seutaya keçmiş miqrantların böyük əksəriyyəti Mərakeşə qaytarılsa da, az bir qismi (əsasən uşaqlar) anklavda qalmaqda davam edir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onlardan biri olan, 10 gün əvvəl Mərakeşdən çimərliyə qədər kilometrlərlə üzüb gələn 18 yaşlı gənc indi Avropaya pulsuz bilet almağa ümid edir. O, Avropada çox çalışacağını, yeni bir həyat quracağını, amma heç vaxt müsəlman inancından əl çəkməyəcəyini deyir.
Doğma kəndində altı illik təhsil alan, 2700 mil məsafə qət etdikdən sonra Seutaya keçən Abdelhadi Əli indi Avropa İttifaqına yaxın məsafədədir.
Ə.Əli iyulun sonunda Afrikanın hər yerindən gələn 60.000 nəfər kimi qayıqla bir saat üzərək İspaniyanın Afrikadakı ərazisinə - Seuta şəhərinə daxil olub.
Əbdülhadi ilə birlikdə Seutaya gələn yetkin şəxslərinn çoxu İspaniya sərhədçiləri tərəfindən sərt şəkildə qarşılandıqların, cəzalandırılmaqdan qorxduqlarına, həmçinin yerli dindar xristian sakinlərin düşmənçiliyi ilə üzləşdiklərinə görə, istəksiz şəkildə Mərakeşə qayıdıblar.
Yerli sakinlər günlərlə evlərində gizləniblər, yemək və su axtararkən özəl mülklərə girən miqrantlara müqavimət göstəriblər. Onlar yalnız ordu tərəfindən qorunan supermarketləri talan edən gənc kişilər və oğlanlardan ibarət "İslam ordusu" adlandırılan dəstəyə daş atmaq üçün evlərindən çıxıblar.
Siyasətçilər, o cümlədən yeni baş nazir miqrant böhranının bitdiyi barədə nikbin açıqlamalar versələr də, yerli əhali problemin qaldığını, hətta yeni başladığını düşünür.
Həqiqət budur ki, Seutaya axışan miqrantların 98 faizi artıq geri qayıdıb.
Şəhərdə 11 və ya 12 yaşında olan çoxsaylı uşaqlar var və onlar kimsəsizdirlər.
Ailələr uşaqlarını Avropada daha yaxşı bir həyat tapmaq üçün göndəriblər, indi onlar miqrasiya fəlakətinin qurbanlarına çevriliblər. Afrikanı bürüyən sosial media mesajları bu gəncləri Madrid, Berlin və ya Londona getməyə təşviq edirlər.
Onların hamısı Avropadan başqa heç yerə getməyəcəklərini deyir.
Kimsəsiz uşaqlar, yeniyetmələr səkilərdə, qapılarda, təpələrdə və hətta çimərlik çətirlərinin altında yatırlar. Onlar köhnə çarpayılardan, çarşaf və ya yorğanla örtülmüş vannalardan sığınacaqlar düzəldiblər. Seuta çimərliyində artıq gecəqondu şəhərciyi əmələ gəlib.
Yüzlərlə uşaq küçədə acınacaqlı şəkildə sıralarla oturub İspaniya hakimiyyətinin onlara materik İspaniyaya gedən bərələrə minmələri üçün lazımi sənədlər verəcəyinə ümid bəsləyir.
Lakin İspaniyanın solçu baş naziri Pedro Sançes hazırda Kanar adalarındakı Lanzarote adasında yay tətili keçirir və Madriddəki siyasi dairələrdən onların arzularının yerinə yetiriləcəyinə dair heç bir işarə yoxdur.
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ