Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Fridrix Merts İranla bağlı sərt açıqlama verib.
Musavat.com xəbər verir ki, kansler Tehranın danışıqlar masasına oturmalı olduğunu bildirib. Onun sözlərinə görə, İran vaxt uzatmağı dayandırmalı və regionu, eləcə də bütün dünyanı girov kimi saxlamamalıdır.
Merts qeyd edib ki, İranın hərbi nüvə proqramı tam və birdəfəlik dayandırılmalıdır.
Almaniya kansleri həmçinin İsrailə və Almaniyanın regiondakı tərəfdaşlarına qarşı yeni hücumların olmamalı olduğunu vurğulayıb.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ