Onlayn ictimai-siyasi qəzet
“Yeşilçam”ın unudulmaz simalarından olan Gülşen Bubikoğlu uzun müddət davam edən səssizliyini Bodrumdan etdiyi paylaşımla pozub.
Musavat.com xəbər verir ki, “Hava möhtəşəmdir, yay davam edir” qeydi ilə yeni fotosunu paylaşan 71 yaşlı məşhur aktrisanın şəklində istifadə etdiyi filtr də diqqətdən yayınmayıb.

Bəzi sosial media istifadəçiləri Bubikoğlunun görünüşü və fotoda tətbiq etdiyi filtr barədə müxtəlif şərhlər yazıblar.
Gülşen Bubikoğlunun 1974-cü ildə ailə qurduğu prodüser və rejissor Türker İnanoğlu 2 aprel 2024-cü ildə vəfat edib. Həyat yoldaşının vəfatından sonra səssizliyə çəkilən Bubikoğlu son dövrlərdə özünə və gündəlik həyatına aid fotolarını izləyiciləri ilə bölüşür.

“Ah Nerede”, “Gırgıriye”, “Alev Alev”, “Yaz Bekarı” və “Canikom” kimi çoxsaylı ekran əsərlərində rol alan Gülşen Bubikoğlu “Yeşilçam”ın bir dövrünə damğasını vuran məşhur aktrisalarından biri olub.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ