Onlayn ictimai-siyasi qəzet
Aparıcı Leyla Quliyeva ən böyük fobiyasından bəhs edib.
Musavat.com xəbər verir ki, aparıcı hündürlük qorxusu olduğunu, reklam çarxına çəkilən zaman paraşütlə tullanaraq bu qorxusundan xilas olduğunu bildirib:
"AZAL üçün yeni təhlükəsizlik təlimatı videosunun çəkilişləri 2023-cü ildə baş tutmuşdu. Bu layihə üçün məndən tələb olunan şərtlərə maksimum uyğunlaşmağa çalışırdım. Ümumən hər şey imkanlarım, potensialım daxilində idi. Yeganə bir fraqmentdən - Qrız-Dəhnə kəndində paraplanla uçmalı olduğum hissədən başqa... Hündürlükdən qorxuram. İki-üç fobiyamdan biridir. Maksimalist mənliyim geri çəkilməyə imkan vermədi. Yadımda deyil o anda nə fikirləşdiyim. Sadəcə videoya baxanda üzümdəki isterik təbəssümdən anladım ki, o anda bir az qeyri-adekvat olmuşam.
Eyni səhnəni iki dəfə çəkdik. Siz da baxsanız, görəcəksiniz ki, dayandığımız yerdən uçuruma addım atana qədər bir az məsafə var, onu da qaça-qaça getməlisən. Və qətiyyən dayanmaq olmaz. Fikirləşmək də olmaz. Tərəddüd heç olmaz. Ən çətini o bir addım idi. Həmin gün öz qorxum üzərində balaca qələbə qazanmışdım. Özümü qəhrəman kimi hiss edirdim".
Könül
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ