İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məşhur ayaqqabılarla körpü qurmağa çalışırlar?”

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın vəkili Aram Orbelyan baş nazir Nikol Paşinyanın siyasi rəqiblərini “son ayaqqabısından məhrum etmək” barədə sözlərinə istehza ilə cavab verib. Vəkil hətta məşhur İmelda Markosun nəhəng ayaqqabı kolleksiyasını xatırladıb.

Musavat.com xəbər verir ki, Orbelyan sentyabrın 23-də keçirdiyi mətbuat konfransında Paşinyanın “ayaqqabı” ilə bağlı ritorikasını “qeyri-sağlam və qanunsuz” adlandırıb.

Vəkil bildirib ki, hökumət başçısının konstitusion vəzifəsi vətəndaşları ayaqqabı, geyim, ərzaq və digər zəruri vasitələrdən məhrum etməklə hədələmək deyil.

Orbelyan Paşinyanın davamlı olaraq ayaqqabıdan danışmasını tarixdə məşhurlaşmış başqa bir hadisə ilə istehzalı şəkildə əlaqələndirib. O, Filippinin keçmiş prezidenti Ferdinand Markosun həyat yoldaşı İmelda Markosun evində vaxtilə 1000 cütdən artıq dizayner ayaqqabısından ibarət kolleksiyanın aşkarlandığını xatırladıb.

“Problem bundadır, yoxsa məşhur ayaqqabılarla hansısa körpü qurmağa çalışırlar?” – deyə Orbelyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR