İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur “duz səpən” Nüsrət üzə çıxdı - görün nə işlə məşğuldur - VİDEO

Dünyada ət restoranları ilə tanınan Nüsrət Gökçə bu dəfə fərqli sərmayəsi ilə gündəmə gəlib.

Musavat.com Türkiyə mətbuatına istinadla bildirir ki, Gökçə bu dəfə daşınmaz əmlak layihəsi ilə diqqət çəkib.

İş adamı İspaniyanın ən məşhur istirahət məkanlarından biri olan İbizada lüks yaşayış layihəsi həyata keçirib. Onun “The N Residences Ibiza” layihəsi artıq tamamlanma mərhələsinə çatıb. Layihə çərçivəsində 51 lüks mənzil, 4 restoran, üzgüçülük hovuzu və yeraltı avtomobil dayanacağı nəzərdə tutulub.

Qeyd edək ki, Nüsrət Gökçə “duz səpmə” hərəkəti ilə də tanınır.  

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR