Onlayn ictimai-siyasi qəzet
Türk klassik musiqisinin əfsanəvi sənətçisi Muazzez Abacının ölümündən əvvəl dediyi son sözlər qızı Aslı Səba Abacı tərəfindən ilk dəfə açıqlanıb.
Musavat.com xəbər verir ki, ABŞ-da angioqrafiyadan sonra yaranan ağırlaşmalar və antibiotik müalicəsinə mənfi reaksiya nəticəsində 78 yaşında dünyasını dəyişən Abacının cənazəsi Türkiyəyə gətirilib və 17 noyabr Bazar ertəsi günü Ankarada dəfn olunacaq.
Aslı Abacı açıqlamasında anasının angioqrafiyadan sonra ağırlaşmalar yaşadığını bildirib:
“İlk dəfə xəstəxanaya getdiyimiz gün həkimlər soruşdu ki, ‘Ürək-ağciyər reanimasiyası və intubasiya edək?’ Anam isə dedi ki, ‘Xeyr, mənə buna ehtiyac yoxdur’. Bir neçə gün yaxşı idi, amma antibiotikə mənfi reaksiya verdi. Orqanlar bir-birinə təsir etməyə başladı və vəziyyəti ağırlaşdı”.
Sənətçinin qızı əlavə edib ki, xəstəxanada heç bir səhlənkarlıq olmayıb:
“Angioqrafiyadan sonra insanların oxşar ağırlaşmalar yaşadığını eşitdim. Anama verilən antibiotikə qarşı reaksiyası oldu və hər şey çox sürətlə dəyişdi. Mən ona deyirdim ki, istəsə evə gedə bilərik. Amma o, ‘Xeyr, qalaq’ deyirdi. İlk dəfə idi belə çətinlik yaşayırdı".
Qeyd edək ki, Abacının cənazəsi Nyu-Yorkun Roçester şəhərindən Merilenddəki Amerika Diyanət Mərkəzinə gətirilib və ailəsi burada toplaşıb. Cənazəni Türkiyəyə qızı Aslı Səba Abacı və nəvəsi Sera Anderson müşayiət edir.
Hazırlıqlar başa çatdıqdan sonra cənazə Türk Hava Yolları ilə İstanbula gətiriləcək. Abacının Türkiyədəki vida mərasimi 17 noyabr Bazar ertəsi günü Ankarada keçiriləcək. Mərasimdə ailə üzvləri, sənət adamları və incəsənət ictimaiyyəti iştirak edəcək.
Ustad sənətçi 12 noyabr 2025-ci ildə ABŞ-da qızı Aslı Səbanı ziyarət etdiyi vaxt infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi. Meneceri Taner Budak məlumat verərək bildirmişdi ki, angioqrafiyadan sonra Abacının böyrəkləri zədələnib, ağciyərlərində maye yığılıb və reanimasiyada müalicə olunub.
Budak sosial mediada yazmışdı:
“Muazzez Abacını 78-ci doğum günündə itirdik. Onu həmişə sevgisi, gülərüzü və böyük ürəyi ilə xatırlayacağıq”.
Musavat.com



19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ