İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənniyə ŞOK İTTİHAM

Sosial şəbəkələrdə dünya şöhrətli müğənni Celine Dion ətrafında yeni konspirologiya iddiaları geniş yayılmağa başlayıb.

Musavat.com xəbər verir ki, paylaşımlarda sənətçinin səhhətindəki problemlərin guya “adrenoxrom” və müxtəlif gizli nəzəriyyələrlə əlaqəli olduğu irəli sürülür.

Məlumatlarda həmçinin Leonardo DiCaprio və mərhum maliyyəçi Jeffrey Epstein barədə yayılan konspirasiya nəzəriyyələrinə də istinad edilir. Sosial mediada bəzi istifadəçilər Selin Dionun adının “Epşteyn arxivləri”ndə hallandığını və bunun müxtəlif şayiələrə səbəb olduğunu yazırlar.

Məlumatlarda müğənninin açıqladığı “əzələ sərtliyi sindromu” əvəzinə başqa xəstəlikdən əziyyət çəkdiyi barədə iddialar da yer alıb. Bildirilir ki, Dionun nümayəndələri bəzi konspirologiya hesablarına qarşı hüquqi addımlar atmağa hazırlaşır.

Qeyd olunur ki, Selin Dion bir müddətdir səhnədən uzaq qalıb və nadir hallarda ictimaiyyət qarşısına çıxır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR