Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb. Ukrayna müharibəsinin dayandırılması yollarına həsr olunan danışıqlarda Rusiya tərəfdən prezidentin köməkçisi Yuri Uşakov və xüsusi nümayəndə Kirill Dmitriyev də iştirak ediblər. Görüş 3 saat 10 dəqiqə davam edib.
Musavat.com xəbər verir ki, Uitkoff Vladimir Putinə göstərilən qəbula görə təşəkkür edib.
O bildirib ki, görüşdən əvvəl Cared Kuşner, Kirill Dmitriyev və Yuri Uşakovla gələcəkdə təqaüdə çıxdıqdan sonra xatırlayacaqları çoxsaylı inanılmaz hadisələr barədə söhbət ediblər.
“Cənab Prezident, əminəm ki, sizinlə bağlı hekayələr bu xatirələrdə xüsusi yer tutacaq”, – Uitkoff deyib.
Görüşün sonunda konkret razılaşma və ya diplomatik irəliləyiş elan edilməyib. Yuri Uşakov danışıqları “son dərəcə faydalı” adlandıraraq ABŞ nümayəndələrinin Ukrayna münaqişəsinin həlli üçün bir sıra yeni ideyalar təqdim etdiklərini bildirib. Uitkoff və Kuşnerin Moskvadan sonra Kiyevə gedərək Putinlə aparılan müzakirələrin nəticələrini Ukrayna tərəfinə çatdıracaqları gözlənilir.
Reuters-in məlumatına görə, tərəflərin mövqeləri arasında ciddi fikir ayrılıqları qalır.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ