İnsanlara hürriyət, millətlərə istiqlal!

Messidən daha bir rekord

Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində İsveçrə millisini əlavə vaxtda məğlub edərək (3:1) adını yarımfinala yazdıran Argentina millisinin superulduzu Lionel Messi daha bir rekorda imza atıb.

39 yaşlı Leo bu nəticəni sözügedən matçda oynamaqla reallaşdırıb.

Belə ki, o, mundiallar tarixində 15 pley-off qarşılaşmasında meydana çıxmış ilk futbolçu olub. Messi DÇ-lərdə 14 pley-offda forma geyinmiş Miroslav Klozenin rekordunu yeniləyib.

Qeyd edək ki, Argentinanın təcrübəli kapitanı İsveçrə ilə oyunda start "11-lik"də yer alıb və sonadək mübarizə aparıb. Lionel komandasının ilk qoluna assistentlik edib. (fanat.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2026

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR