İnsanlara hürriyət, millətlərə istiqlal!

Millətlər Liqası: 3-cü tur start götürür

Bu gün UEFA Millətlər Liqasında 3-cü tur start götürəcək.

Musavat.com fanat.az-a istinadla xəbər verir ki, turun ilk günündə 8  oyun baş tutacaq.

Açılış oyunu ölkəmizdə təşkil olunacaq. D Liqasında mübarizə aparan Azərbaycan millisi Bakıda Lixtenşteyn yığması ilə qarşılaşacaq.

D Liqasında daha bir matç Malta ilə Cəbəllüttariq arasında olacaq.

Digər görüşlərə gəlincə, A Liqasının 2-ci qrupunda Almaniya Serbiya seçməsi ilə, Yunanıstan isə Niderlandla üz-üzə gələcək.

A Liqasının 4-cü qrupunda Danimarka Portuqaliya millisi ilə, Uels isə Norveç yığması ilə münasibətlərinə aydınlıq gətirəcək.

Bundan başqa, B Liqasının 3-cü qrupunda İrlandiya – Avstriya və İsrail – Kosovo matçları baş tutacaq. 

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur
1 oktyabr

D Liqası, 2-ci qrup

20:00. Azərbaycan – Lixtenşteyn
Xal durumu: Litva - 4 (2 oyun), Azərbaycan - 1 (1 oyun), Lixtenşteyn - 0 (1 oyun).

A Liqası, 2-ci qrup

22:45. Almaniya – Serbiya
22:45. Yunanıstan – Niderland
Xal durumu: Yunanıstan - 6, Niderland - 4, Almaniya - 1, Serbiya - 0.

A Liqası, 4-cü qrup

22:45. Danimarka – Portuqaliya
22:45. Uels – Norveç
Xal durumu: Portuqaliya - 6, Norveç - 3, Danimarka - 3, Uels - 0.

B Liqası, 3-cü qrup

22:45. İrlandiya – Avstriya
22:45. İsrail – Kosovo
Xal durumu: Avstriya - 6, Kosova - 3, İrlandiya - 3, İsrail - 0.

D Liqası, 1-ci qrup

22:45. Malta – Cəbəllüttariq
Xal durumu: Malta - 3 (1 oyun), Cəbəllütariq - 1 (1 oyun), Andorra - 1 (2 oyun).

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR