İnsanlara hürriyət, millətlərə istiqlal!

Mingəçevirdə iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

"VAZ" və "Hundai" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Mingəçevirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimlikləri bəlli olub.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospektində "VAZ" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər - 1993-cü il təvəllüdlü C. İsaqlı, 2003-cü il təvəllüdlü S. Şükürov, 2004-cü il təvəllüdlü X. Əliyev, 2005-ci il təvəllüdlü S. Şükürov və 2008-ci il təvəllüdlü T. İsmayılov xəsarət alıb.

Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti kafi və qənaətbəxş qiymətləndirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR