Onlayn ictimai-siyasi qəzet
Rusiya miqrantların deportasiya edilməsi üçün əsasları genişləndirən qanun layihəsi hazırlayıb. Əsaslar arasında icazəsiz etiraz aksiyalarında iştirak və media azadlığından sui-istifadə də var.
Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, sənədin Dövlət Dumasına təqdim edilməsi planlaşdırılır.
Qanun layihəsi xarici vətəndaşların ölkədən deportasiya edilə biləcəyi təxminən 20 cinayəti nəzərdə tutur. Siyahıya ekstremizm, dini pozuntular, məcburi tətillər və arzuolunmaz təşkilatların fəaliyyətində iştirak da daxildir.
Hazırda müəyyən qanunlara əsasən deportasiya mümkün sanksiyadır. Dəyişikliklər qəbul edildikdən sonra bu, məcburi hala gələcək.
Eyni zamanda, Rusiya artıq Müdafiə Nazirliyi ilə müqavilə imzalayan əcnəbilərə təsir edən düzəlişlər qəbul edib. Onlar üçün deportasiya cərimə və ya 100 saatdan 200 saata qədər məcburi əməklə əvəz olunacaq. Bu istisna ona görədir ki, qəbul edilmiş başqa bir qanuna görə, Rusiya ordusunun tərkibində muzdlu döyüşçü olmuş şəxslər öz ölkələrinə verilməməlidirlər, çünki orada onlar həbs oluna bilərlər.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ