İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirziyoyev: Özbəkistan Qarabağın bərpasını dəstəkləməyə davam edəcək

Özbəkistan bundan sonra da Azərbaycanın Qarabağ regionunun inkişafına köməklik göstərməyə hazırdır.

Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində bildirib.

O vurğulayıb ki, Qarabağda sürətli şəkildə genişmiqyaslı quruculuq işləri həyata keçirilir:

"Sizin rəhbərliyinizlə (Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək - red.) Azərbaycan ərazisində, xüsusən də Qarabağda sürətli templərlə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Azad edilmiş ərazilərdə qısa müddət ərzində evlər bərpa edilib. Şadam ki, yeni yaşayış kompleksləri, müasir obyektlər, infrastrukturlar inşa edilir. Fürsətdən istifadə edərək vurğulamaq istərdim ki, Özbəkistan bu nəcib işə həmişə öz töhfəsini verməyə hazırdır"./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2026

20 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR