İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyan “Tramp marşrutu”ndan DANIŞDI

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 5-də parlamentdə jurnalistlərə açıqlamasında “Tramp marşrutu” proqramı çərçivəsində amerikalı nümayəndələrin səfərlərinin olacağını istisna etməyib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, ABŞ nümayəndə heyətinin səfərləri yaxın gələcəkdə mümkündür.

“Güman edirəm ki, müəyyən mərhələdə ABŞ nümayəndə heyətinin səfərləri də olacaq”, – deyə nazir bildirib.

Mirzoyan iki tərəfli işçi qrupun yaradılmasının zərurəti barədə sualı cavablandıraraq bildirib ki, ehtiyac yarandıqda bu qrup formalaşdırılacaq. “Hazırda müzakirələr gedir. “Tramp marşrutu” çərçivəsində müxtəlif infrastruktur layihələri cəlb oluna bilər”, – nazir əlavə edib.

Onun sözlərinə görə, layihələr arasında dəmir yolu, qaz və neft kəmərləri, həmçinin elektrik ötürmə xətləri ola bilər.

Jurnalistlərin “üçüncü tərəfin” konsorsiuma daxil olub-olmayacağı ilə bağlı sualına Mirzoyan belə cavab verib: “Burada üçüncü tərəf dedikdə konkret bir ölkə və ya hökuməti nəzərdə tutmuruq. Məqsədimiz Ermənistan və ABŞ-ın birgə şirkət yaratmasıdır. Bu şirkət layihənin tikintisi hüququna malik olacaq”.

Nazir TRIPP-in açılma tarixini açıqlamayıb. Bildirib ki, hazırda Ermənistan texniki məsələlərin həyata keçirilməsi mərhələsindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2026

01 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR