Onlayn ictimai-siyasi qəzet
Ötən həftəsonu baş verən ABŞ-İran zərbə mübadiləsi dünya neft bazarında qiymətlərə təsirsiz ötüşməyib.
Musavat.com xəbər verir ki, neft tankerlərini də əhatə edən zərbələrdən sonra ötən həftəni 95,2 dollarla başa vuran Brent nefti bu gün Londonun ICE birjasında ilk hərraclarda 1,5 dollardan çox bahalaşaraq 96,9 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI nefti isə 1,2 dollar bahalaşmaqla 92,2 dollara çatıb.
Analitiklər ABŞ-İran zərbələrinin neft bazarına təsirinin getdikcə zəiflədiyini qeyd edirlər. Bu, İranın Hörmüzdən keçidə təsir imkanlarının azalması, ABŞ-ın addımları sayəsində boğazdan neft axınlarının davam etməsi sayəsində mümkün olub.
İranın daha kəskin eskalasiyaya gedərək neft istehsal edən ölkələrin infrastrukturuna hücum etməyəcəyi təqdirdə qiymətlərin 80-85 dollara qədər enəcəyi proqnozlaşdırılır.
Musavat.com
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ