Onlayn ictimai-siyasi qəzet
Qələbə Günündə Rusiyanın Ukraynanın hücumlarına cavab verəcəyi təqdirdə Kiyevdə çalışan xarici diplomatların təxliyə oluna biləcəyi yer məlum olub.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Hərbi və Siyasi Münaqişələrin Tədqiqi Mərkəzinin rəhbəri Andrey Klintseviç Ura.ru ilə söhbətində bildirib.
Klintseviç əmindir ki, diplomatlar Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın vətəndaşları şəhərdən təxliyə etmək tövsiyəsinə qulaq asacaqlar, əks halda hücumla üzləşəcəklər.
Klintseviç əlavə edib ki, diplomatlar bu dövrdə şəhərin kənarında, hansısa sanatoriyada gizlənə bilərlər.
Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsində qələbənin 81-ci ildönümü münasibətilə keçirilən tədbirlər zamanı 8 may saat 00:00-dan 10 maya qədər atəşkəs elan edib.
Bundan başqa, parad günü Putinin özünün yox, oxşarının tədbirə qatılacağı bildirilir. Eyni zamanda Zelenskinin Qızıl Meydana yox, onun ətrafına dron hücumu gerçəkləşdirəcəyi gözlənilir.
Gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ