Onlayn ictimai-siyasi qəzet
Moskvada Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev ilə Rusiya müdafiə nazirinin müavini Aleksandr Osmakov arasında görüş keçirilib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər ikitərəfli gündəlik çərçivəsində qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Görüşün detalları açıqlanmasa da, təmasın Azərbaycan-Rusiya münasibətləri fonunda diqqət çəkdiyi qeyd olunur.
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ