Onlayn ictimai-siyasi qəzet
Rusiyanın paytaxtı Moskvanın Vnukovo hava limanında Bakıya uçuşu gözləyən azərbaycanlı sərnişinlər çətin vəziyyətlə üzləşiblər.
Hava limanında qalan soydaşlarımız bu barədə Baku.ws-ə məlumat veriblər. Onların sözlərinə görə, Bakı istiqamətində olan reyslər ləğv edilib. Buna baxmayaraq, sərnişinlərin aldıqları biletlərin pulu geri qaytarılmır.
Sərnişinlər bildiriblər ki, onlara biletlərin etibarsız sayıldığı və yenidən bilet almalarının tələb olunduğu deyilir.
"Bizə bildirirlər ki, aldığımız biletlər batıb. Pulumuzu geri qaytarmırlar və deyirlər ki, yenidən bilet almalıyıq. Xahiş edirik, bizə kömək göstərilsin. Çıxılmaz vəziyyətdə qalmışıq", - deyə sərnişinlər qeyd ediblər.
25 Avqust 2026
01:06 Qonşu ölkədə məktəbli forması məcburiləşir – tam dəstin qiyməti bəlli oldu, imtina edənləri...
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ