Onlayn ictimai-siyasi qəzet
Moskvanın mərkəzində yol polisinin maşını partladılıb.
Musavat.com Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, naməlum şəxs Savelovski Stansiyası Meydanı yaxınlığında polis patrul maşınına yaxınlaşaraq əlindəki partlayıcını işə salıb.
Gecə saat 00.05-də baş verən hadisə nəticəsində bir yol polisi əməkdaşı həlak olub, digəri ağır yaralanaraq xəstəxanaya aparılıb.
Bildirilir ki, partlayıcını işə salan şəxs özü də partlayış nəticəsində həlak olub.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ