İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan İrəvana açıq hədə: Verdiyimiz “hədiyyələri” geri alacağıq

Rusiya Ermənistanın Qərblə yaxınlaşmaq siyasətini davam etdirəcəyi təqdirdə İrəvana illər ərzində verilmiş “hədiyyə” və güzəştlərin ləğv ediləcəyi ilə hədələyib.

Musavat.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa bildirib.

Deputat Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin Moskvanın Ermənistanın indiki rəhbərliyi qarşısında “mirvari səpməsinin” mənasız olduğu barədə sözlərini şərh edib.

Çepanın fikrincə, Ermənistan eyni vaxtda həm Avropa İttifaqında, həm də Avrasiya İqtisadi İttifaqında qala bilməyəcək.

“Onlar Rusiyadan bütün güzəştləri almaq, eyni zamanda Qərbin oyununa qoşulmaq istəyirlər. Qoy qoşulsunlar. Amma onda biz də, təbii ki, uzun illər ərzində bu ölkəyə verdiyimiz bütün hədiyyələri geri götürəcəyik. Paşinyan üçün çox çətin olacaq”, – rusiyalı deputat deyib.

Çepa Ermənistanın KTMT ilə bağlı mövqeyinə də sərt münasibət bildirib. Onun sözlərinə görə, Moskva İrəvanı təşkilatda qalmağa məcbur etmir:

“Getmək istəyirlərsə, qoy getsinlər. Heç kim heç kimi saxlamır”.

Beləliklə, Rusiya rəsmilərinin son açıqlamalarında Ermənistanın Aİ-yə yaxınlaşmasına münasibətdə ritorika daha da sərtləşir: İrəvana artıq təkcə seçim etməli olduğu deyil, Moskvanın indiyədək verdiyi iqtisadi və siyasi üstünlükləri itirə biləcəyi də açıq şəkildə bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR