Onlayn ictimai-siyasi qəzet
Rusiyanın tanınmış təbliğatçısı Marqarita Simonyan Ermənistan vətəndaşlarını növbəti dəfə ağır şəkildə təhqir edib.
Musavat.com xəbər verir ki, rusiyalı media rəhbəri ermənilərin siyasi seçimlərini və verdiyi qərarları istehza ilə qarşılayıb. Simonyan Ermənistana un və buğda göndərilməsini təklif edərək, yerli əhalinin göbələk yeməyi dayandırmalı olduğunu bildirib.
O, iddia edib ki, ermənilər məhz göbələk yedikdən sonra "səhv və yanlış" qərarlar qəbul etməyə başlayırlar.
Rusiyalı təbliğatçı, həmçinin Ermənistan Respublikasının vətəndaşı olmadığı üçün Tanrıya hər gün şükür etdiyini də xüsusilə vurğulayıb.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ