İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...

Ötən aşxam saat 20:30-dan etibarən Ukrayna tərəfindən Moskva bölgəsinə 370-dən çox dronla hücum edilib.

Musavat.com xəbər verir ki, məlumatı Moskva meri Sergey Sobyanin açıqlayıb. O, iddia edib ki, dronların əksəriyyəti şəhər kənarında zərərsizləşdirilib, 64 PUA isə Moskvaya yaxınlaşarkən məhv edilib.
Daha əvvəl paytaxta hücum etməyə cəhd edən 55 dronun məhv edildiyi bildirilirdi.

Dron hücumlarına görə Moskva Domodedovo Hava Limanı hazırda koordinasiyalı şəkildə fəaliyyət göstərir, Jukovskidə isə təyyarələrin giriş-çıxışına məhdudiyyətlər qoyulub.

Sobyanin dronların məhv edildiyini iddia etsə də, Ukrayna mətbuatı Moskva regionunda Noginsk neft bazasının vurulduğunu göstərən görüntülər yayır. Görüntülərdən anbarda güclü yanğın başlandığı görünür.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR