Onlayn ictimai-siyasi qəzet
İran İsrailə raket zərbələri endirir, hazırda ölkənin bir sıra bölgələrində hava hücumu sirenaları səslənir.
Musavat.com xəbər verir ki, hava hücumundan müdafiə sistemləri işə düşərək hədəfləri zərərsizləşdirməyə çalışır. İsraildə sığınacaqlar açılıb, əhalinin mobil telefonlarına təhlükə ilə bağlı xəbərdarlıqlar göndərilir.
Ölkə üzrə məktəblərdə dərslər ləğv edilib. İsrail KİV-ləri ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirildiyini yazır.
İlkin məlumatlara görə, İran İsrailin şimal istiqamətini raket atəşinə tutur. İsrailin şimalında partlayış səsləri eşidilir.
***
İran İsrailə qarşı növbəti raket hücumuna başlayıb.
Musavat.com xəbər verir ki, İsrail ordusu ölkə ərazisinə doğru raketlərin buraxıldığını açıqlayıb.
Məlumata görə, hava hücumundan müdafiə sistemləri raketlərin qarşısını almaq üçün işə düşüb. Təhlükə ilə əlaqədar Daxili Cəbhə Komandanlığı risk zonasındakı sakinlərin mobil telefonlarına təcili xəbərdarlıq göndərib.
İsrailin müxtəlif bölgələrində həyəcan siqnallarının səsləndiyi bildirilir. Raket hücumunun nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ