Onlayn ictimai-siyasi qəzet
Moskvada yerləşən və 2022-ci ilin fevralından bəri faktiki olaraq fəaliyyət göstərməyən Ukrayna səfirliyinin binası ilə bağlı diqqətçəkən məhkəmə qərarı verilib.
Musavat.com xəbər verir ki, Rusiya Arbitraj Məhkəməsi kommunal xidmət göstərən qurumun iddiasını təmin edərək səfirliyin elektrik enerjisi üzrə yaranmış borcu ödəməli olduğuna qərar çıxarıb.
Məhkəmə qərarına əsasən, əsas borc, cərimələr və dövlət rüsumları daxil olmaqla səfirlikdən ümumilikdə təxminən 60 min ABŞ dolları məbləğinin tutulması nəzərdə tutulur. Bildirilir ki, bina uzun müddətdir boş qalsa da, əvvəl bağlanmış müqavilələr rəsmi şəkildə ləğv edilmədiyindən kommunal ödənişlərin hesablanması davam etdirilib.
Hüquqi baxımdan məsələ mülki-təsərrüfat mübahisəsi kimi qiymətləndirilir və beynəlxalq hüquqda müharibə zərərləri və ya reparasiya mexanizmləri ilə əlaqələndirilmir. Buna baxmayaraq, qərar informasiya məkanında geniş müzakirələrə səbəb olub.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ