İnsanlara hürriyət, millətlərə istiqlal!

"Müharibə rəsmən bitir"-Pakistan təsdiqlədi

Pakistan rəsmiləri Amerika Birləşmiş Ştatları və İran arasında davam edən hərbi münaqişənin dayandırılmasına dair memorandumun imzalanma ərəfəsində olduğunu rəsmən təsdiqləyiblər.

Musavat.com xəbər verir ki, "Reuters" agentliyi sülh danışıqlarında birbaşa iştirak edən yüksək səviyyəli Pakistan mənbəsinə istinadən bu barədə məlumat yayıb. "Biz bu işi çox yaxında bağlayacağıq. Yekun nəticəyə olduqca yaxınıq", — deyə agentliyin mənbəsi qeyd edib. Bu açıqlama son günlər Vaşinqton və Tehran arasında aparılan gizli diplomatik təmasların artıq həlledici mərhələyə keçdiyini sübut edir. İslamabadın vasitəçiliyi ilə hazırlanan 14 bəndlik sülh planı regionda gərginliyin azaldılması və tərəflərin hərbi əməliyyatları tamamilə dayandırmasını nəzərdə tutur.

Mənbələr bildirir ki, memorandumun detalları üzərində son texniki razılaşmalar aparılır və sənədin yaxın günlərdə Cenevrə və ya İslamabadda imzalanması gözlənilir. ABŞ administrasiyasının da sülhə meylli olması və İranın müharibənin dayandırılması müqabilində bəzi şərtləri qəbul etməsi qlobal bazarlarda və siyasi dairələrdə müsbət qarşılanıb. Hazırda dünya mətbuatı Pakistanın bu vasitəçilik missiyasının uğurla başa çatmasını son illərin ən mühüm diplomatik qələbəsi kimi qiymətləndirir. Rəsmi elanın çox qısa zamanda veriləcəyi və tərəflərin atəşkəs rejimini rəsmiləşdirəcəyi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR