Onlayn ictimai-siyasi qəzet
UEFA Çempionlar Liqasının liqa mərhələsində “Napoli” – “Qarabağ” oyunu zamanı diqqətçəkən epizod qeydə alınıb.
Musavat.com-un məlumatına görə, matçın 35-ci dəqiqəsində ev sahibinin hücumçusu David Neres qapımıza təhlükəli zərbə yönəldib. Braziliyalı futbolçu cərimə meydançasında havaya qalxaraq akrobatik “qayçı” zərbəsi ilə hesabı açmağa çalışıb.
Ancaq həmin anda “Qarabağ”ın qapıçısı Mateuş Koxalski mükəmməl reaksiyası ilə komandası üçün qurtarıcı rolunu oynayıb. Polşalı qolkiper sürətli müdaxilə edərək topu qapıdan çıxarıb və təhlükəni sovuşdurub.
Sözügedən epizod sosial şəbəkələrdə böyük maraq doğurub və azarkeşlər tərəfindən oyunun ən təsirli qurtarışı kimi qiymətləndirilib.
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ