İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-dan Ukraynaya şok zərbə

NATO ölkələrinin Ukraynaya hər il ÜDM-in ən azı 0,25 faizi həcmində hərbi yardım göstərməsini nəzərdə tutan təşəbbüs alyans daxilində bloklanıb.

Musavat.com xəbər verir ki, “The Telegraph” qəzetinin məlumatına görə, Böyük Britaniya, Fransa, İtaliya və İspaniya bu təşəbbüsə qarşı çıxıb.

Məlumata əsasən, plan NATO üzvlərinin Ukraynaya hərbi dəstəyini daimi və məcburi mexanizmə çevirməyi nəzərdə tuturdu.

Bununla belə, təşəbbüs alyans daxilində tam dəstək almayıb. Bildirilir ki, Polşa, Niderland, Baltikyanı ölkələr və Şimali Avropa dövlətləri daxil olmaqla ən azı yeddi ölkə təklifi müdafiə edib.

Qeyd olunur ki, həmin ölkələrin bir qismi artıq Ukraynaya yardım üçün ÜDM-lərinin 0,25 faizindən daha çox vəsait ayırır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR