Onlayn ictimai-siyasi qəzet
Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan vəzifəsində fəaliyyətini davam etdirməyəcək.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 9-da hökumətin iclasından sonra jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
"Mxitar Ayrapetyan özü hökumətin tərkibində fəaliyyətini davam etdirmək istəmirdi", – Paşinyan deyib.
Baş nazir Ermənistan parlamentinin sədri Alen Simonyanın siyasi gələcəyi ilə bağlı sualı da cavablandırıb.
"Alen Simonyanın siyasi taleyi ilə bağlı hər hansı məsələ yoxdur. Söhbət onun gələcəkdə hansı formatda fəaliyyət göstərəcəyindən gedir. Hazırda bunu müzakirə edirik. Qərar qəbul olunarsa, ictimaiyyətə məlumat veriləcək", – Paşinyan bildirib.
Qeyd edək ki, Mxitar Ayrapetyan 2023-cü ildə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri təyin edilmişdi.\\Modern.az
25 Avqust 2026
01:06 Qonşu ölkədə məktəbli forması məcburiləşir – tam dəstin qiyməti bəlli oldu, imtina edənləri...
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ