İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nə Azərbaycan, nə də o taylı-bu taylı azərbaycanlılar imkan verməlidir…” - VACİB XƏBƏRDARLIQ

Dünyanın nəzər-diqqəti İranda baş verənlərə yönəlib. Bir sıra aparıcı paytaxtlar İranda baş verənlərdən bəhs edərkən on milyonlarla türkü görməzdən gəlməyə cəhd göstərirlər. Amma heç şübhəsiz ki, bu yanaşma iflasa məhkumdur. Elə Pəhləvilər sülaləsinin təmsilçisi üzərində qurulan ssenarilərin də sabun köpüyü kimi dağılması bundan xəbər verir.

İran İslam Respublikasının əhalisinin azı yarısı türklərin onların oyundankənar vəziyyətdə qoyulmasını mümkünsüz edir. Üstəlik, Güney Azərbaycan bu dəfə proseslərə kifayət qədər ayıq-sayıq yanaşmağı bacardı və hansısa qüvvənin əlində alət olmayacağını nümayiş etdirdi.

bXbcwXAbng6qKwi5FWi63WVNRK8jubpjbzaj0Ey0_825.jpg (48 KB)

Bu arada, Hudson İnstitutunda milli təhlükəsizlik və müdafiə üzrə baş elmi işçi, Britaniya Müdafiə Nazirliyinin keçmiş xüsusi müşaviri və Əfqanıstanda xidmət etmiş keçmiş ABŞ ordusu zabiti Lyuk Koffi özünün sosial media paylaşımında Azərbaycan bayrağını paylaşaraq, “hazır olun” yazıb.

Bu paylaşım hansı məna kəsb edir?

Azərbaycan dövləti baş verənləri ciddi şəkildə izləyir və hər bir azərbaycanlının ürəyi Güneydəki soydaşlarımızla birgə döyünür.

Dövlətimizin rəhbəri dəfələrlə dünyada yaşayan azərbaycanlılarla bağlı mövqeyini ifadə edib, o cümlədən 40 milyon azərbaycanlının ana dilində təhsil almaq hüququndan məhrum edilməsindən narahatlığını bəyanlayıb. Elə Həmrəylik Günü və Yeni il münasibətilə ünvanlanan təbrik müraciətində də Prezident “Azərbaycanlılar hansı ölkədə yaşamalarından asılı olmayaraq, bilirlər və bilməlidirlər ki, onların Ana Vətəni müstəqil Azərbaycan dövlətidir” - söyləmişdi.

İLHAM EN SON.jpg (173 KB)

Bu günlərdə İranda yaşananlar Azərbaycana, həmçinin İran türklərinə hansı risklər və ya dividendlər vəd edir?

SAHİB ALIYEV.jpg (64 KB)

Deputat Sahib Alıyev Musavat.com-a açıqlamasında cənub qonşumuzda baş verənlərə həssas yanaşmamızı təbii saydığını bildirib:

“İranda hazırda baş verənləri biz təkcə dövlət deyil, həm də cəmiyyət olaraq çox diqqətlə izləməliyik və bir sıra risklər var ki, onların önlənməsi üçün mümkün çərçivədə asimmetrik tədbirlər də görməliyik. Nə Azərbaycan dövləti, nə də o taylı-bu taylı azərbaycanlılar imkan verməlidir ki, kimlərsə bizdən öz məqsədləri üçün faydalansınlar. Biz yaxşı-yaxşı oturub fikirləşməliyik, Pəhləviləri, ardınca da indiki rejimi İranın başına gətirənlər, bunun üçün açıq və gizli dəstək verənlər qonşu ölkədə XI əsrdən 1925-ci ilə qədərki reallığın, təbii ki, çağdaş dövrün tələbləri də nəzərə alınmaqla, bərpasında nə dərəcədə maraqlıdırlar? Ümumiyyətlə, maraqlıdırlarmı? Əgər maraqlıdırlar­sa, niyə qlobal resurslarda süni şəkildə Rza Pəhləvinin reytinqinin qaldırılması cəhdi var və indiki rejimə əsas alternativ olaraq o göstərilir?”

Deputat Azərbaycanın dövlət başçısının fikirlərinə istinad edib:

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” sözlərinin doğruluğu təkcə Qarabağ məsələsinin həllində özünü təsdiqləməyib. İrandakı soydaşlarımız, daha dəqiqi, onların vətənpərvər və hazırlıqlı hissəsi də yəqin bunun yaxşı fərqindədirlər. Ona görə də ölkələrində baş verənlərə bu taydakı reaksiyanı da diqqətlə izləyirlər və düz də edirlər.

Yeri gəlmişkən, cənab Prezident bu yaxınlarda yerli telekanallara verdiyi müsahibədə parovozdan qabaqda getməyin təhlükəliliyi haqda bir fikir söyləmişdi ki, məncə, o, İrandakı proseslərə yanaşmada da keçərlidir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR