İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft bazarında gözlənilməz dəyişiklik: Qiymətlər...

Dünya neft bazarı yeni həftənin ilk gününün ilk hərraclarında gözlənilməz qiymət çoku yaşamaqdadır.

Musavat.com xəbər verir ki, Londonun ICE birjasında Brent etalon markalı neftin 1 barelinin qiyməti 2,5 dollardan çox ucuzlaşaraq 102 dollardan aşağı düşüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiymətində isə 2,05 dollarlıq düşmə müşahidə olunur. Bu neftin 1 bareli hazırda 98,25 dollara ticarət olunur.

Maraqlıdır ki, ötən həftəsonunda Hörmüzdə ciddi hərbi eskalasiya qeydə alınmasa da, ümumulikdə Yaxın Şərqdə gərginlik pik həddə çatıb. Mənbələr İrana qarşa yeni və güclü zərbələrin endiriləcəyinə dair ehtimallar irəli sürürlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR