Onlayn ictimai-siyasi qəzet
«Neftçi»nin iki yerli oyunçusu «Kəpəz»in qış planlarına daxil olub.
Premyer Liqada qalmaq mücadiləsi verən Gəncə təmsilçisi «ağ-qaralar»dan Rza Cəfərovla Murad Məmmədovu icarəyə götürməyə hazırlaşır.
Artıq tərəflər arasında danışıqlar başlayıb.
«Sarı-göylər»in baş məşqçisi Azər Bağırov öz komandalarında özünü göstərmək imkanı olmayan gənclərə görə zəmanət dayanır - bura gələrlərsə, əsas heyətdə yer alacaqlar.
«Kəpəz» iki ay öncə «Neftçi»dən Rionosuke Ohorini icarəyə götürüb. Yaponiyalı yarımmüdafiəçi mövsümün sonunadək respublikanın ikinci ən böyük şəhərinin komandasının formasını geyinəcək. (sportinfo.az)
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ