Onlayn ictimai-siyasi qəzet
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb.
"Report"un məlumatına görə, ölkənin Fəlakətlərin Fəsadlarının Aradan Qaldırılması üzrə Milli İdarəsi (NDMA) bu barədə "X" sosial şəbəkəsində bildirib.
"734 meyit tapılıb", - idarənin hesabatında deyilir.
Daha əvvəl 675 nəfərin öldüyü xəbər verilib.
Bundan əlavə, xilasedicilər 227 xarici vətəndaş da daxil olmaqla, təxminən 8 200 nəfəri təxliyə edə biliblər.
Həmçinin təxminən 580 xarici vətəndaş da daxil olmaqla, təxminən 2 500 nəfər itkin düşüb. Xilasetmə işlərində təhlükəsizlik xidmətinin 19 800-dən çox işçisi iştirak edir.
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ